Azərbaycana kakao idxalı artıb

Azərbaycana kakao idxalı artıb
# 21 avqust 2021 14:28 (UTC +04:00)

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycana 49 341,19 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal olunub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, idxalın dəyəri 2020-ci ilin eyni göstəricisi ilə müqayisədə 25,7% artıb.

Cari ilin ilk yeddi ayında qeyd olunan məhsulların idxalda xüsusi çəkisi 0,78%-ə bərabər olub.

Hesabat dövründə ölkədən bu məhsul ixracının dəyəri 2 331,83 min dollar təşkil edib ki, bu da bir il öncəki müvafiq göstəricidən 16,1% çoxdur. Cari ilin yanvar-iyul aylarında qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 0,02% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR