Azərbaycanda bu il 1,7 min tondan çox tərəvəz yığılıb

Azərbaycanda bu il 1,7 min tondan çox tərəvəz yığılıb
# 16 noyabr 2021 11:43 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda kənd təsərrüfatı sahəsində 1 706,2 min ton tərəvəz məhsulları istehsal olunub.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 6,4% artıb.

Hesabat dövründə ölkədə 68 min hektar sahədə tərəvəz məhsulları əkilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 2,9% çoxdur.

Bununla yanaşı, cari ilin 10 ayında tərəvəz yığımında məhsuldarlıq 251 sentner təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 8 sentner və ya 3,3% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR