Azərbaycanda əkin və məhsul subsidiyaları yeni əmsallarla veriləcək

Azərbaycanda əkin və məhsul subsidiyaları yeni əmsallarla veriləcək
# 06 sentyabr 2021 17:23 (UTC +04:00)

Aqrar Subsidiya Şurası 2022-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin və məhsul subsidiyalarının yeni əmsalları barədə qərar qəbul edib.

Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, qərarda subsidiyaların verilməsinə dair çoxsaylı yeniliklər var.

Qərara əsasən, üç bitki növü – əkin subsidiyaları tam şəkildə məhsul subsidiyası ilə əvəzlənib və məhsul subsidiyasının miqdarı artırılıb. Eyni zamanda, birdəfəlik əkin subsidiyası verilən meyvə bağlarının da siyahısı genişlənib.

İndiyədək 6 cür meyvə bağına görə birdəfəlik subsidiya ödənilirdisə, 2020-ci ildən bu rəqəm 9-a çatdırılıb. Qərarda subsidiyaların verilməsinə dair digər yeniliklər də əksini tapıb.

Yeni əmsallarla bu link vasitəsilə tanış olmaq mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR