Azərbaycanda kənd təsərrüfatının istehsalı 5,6% artıb

Azərbaycanda kənd təsərrüfatının istehsalı 5,6% artıb
# 15 iyul 2021 09:51 (UTC +04:00)

Bu ilin yanvar-iyun ayları üzrə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 4 370,4 mln. manat təşkil edib ki, onun da 2 153,7 mln. manatı heyvandarlıq, 2 216,7 mln. manatı isə bitkiçilik məhsullarının payına düşüb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 5,6%, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,4%, bitkiçilik məhsulları üzrə isə 8,9% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR