Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı 3% artıb

Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı 3% artıb
# 21 avqust 2021 10:52 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasına dəyəri 267,5 mln. manatdan çox təşkil edən kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da ötən ilin eyni göstəricisi ilə müqayisədə 3,1% çoxdur.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu dövr ərzində diri çəkidə ət istehsalı 14 144 ton, süd istehsalı 62 439 ton olub. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,4%, süd istehsalı isə 1,8% artıb.

Ümumilikdə, Muxtar Respublikada 384 növdə məhsul istehsal olunur ki, bunun da 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR