“Azərbaycanda su ehtiyatları ilə əlaqədar komissiya yaradılıb. Amma yaxşı olar ki, biz su problemini dərindən təhlil edək”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Ziyad Səmədzadə deyib.
Z. Səmədzadə bildirib ki, bir sıra icra başçılarının xoşagəlməz hərəkətləri nəticəsində Azərbaycanda otlaq sahələri, kənd təsərrüfatına yararlı torpaqlar azalıb: “Biz su balansı və məhsulun sus tutumu məsələsinə diqqəti artırmalıyıq. Biz dünyanın bütün ölkələrinin su ehtiyatlarını təhlil edirik, çünki ehtiyatlarımız kənardan gəlir. Biz kənd təsərrüfatını inkişaf etdirməkdən, əkin sahələrini genişləndirməkdən danışırıq. Bizim su ehtiyatlarımız buna imkan verəcək, ya yox?!”.
Ziyad Səmədzadə: “Bəzi icra başçılarının xoşagəlməz hərəkətləri nəticəsində yararlı torpaqlar azalıb”
© APA | Ziyad Səmədzadə, deputat
10 noyabr 2021 13:40 (UTC +04:00)
Aqrar-sənaye kompleksi
Dünya Bankı buğdanın qiyməti ilə bağlı proqnozunu yeniləyib
13:25
26 aprel 2024
Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb
11:30
24 aprel 2024
Azad edilmiş rayonlarda ət və süd istehsalının həcmi açıqlanıb - SİYAHI
10:53
24 aprel 2024
Tütün məmulatının idxalı və istehsalı sahəsində sahibkarların reyestri aparılacaq, icazə sistemi tətbiq olunacaq
12:53
23 aprel 2024