Beyrut limanında çalışan işçilərdən biri terrorçularla əlaqədə şübhəli bilinir

Beyrut limanında çalışan işçilərdən biri terrorçularla əlaqədə şübhəli bilinir
# 30 avqust 2020 08:22 (UTC +04:00)

Livanın Hərbi Prokurorluğu avqustun 4-də Beyrut dəniz limanında baş vermiş partlayışla bağlı orada çalışan qaynaqçılardan birinin ifadəsini alarkən onun terrorçularla əlaqədə olması şübhələri ortaya çıxıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə “Al-Akhbar” qəzetində dərc edilən məlumatda bildirilib.

Livanlı müstəntiqlər şübhəlinin avqustun 1-də dəniz limanında işə düzəldiyini müəyyən edib. Bundan əvvəl isə sözügedən qaynaqçı öz ixtisası üzrə praktiki olaraq heç bir yerdə işləyib, sadəcə, “youtube”da verilişlər yayımlayırmış.

Hakim Fadi Savvanın rəhbərlik etdiyi istintaq komissiyası tərəfindən təsdiq edilmiş sənədlərdə partlayışın təxribat və ya raket zərbəsindən baş vermədiyi göstərilir. Eyni zamanda livanlı mütəxəssislər ABŞ və fransalı həmkarları ilə birlikdə limana dənizdən və ya havadan da hücum edilmədiyi qənaətinə gəliblər.

Nəşrin yazdığına görə, hər iki fakt şübhələrin doğruluğun inamı artırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR