Çin COVID-19-a qarşı mübarizədə Hindistana yardım təklif edib

#
# 16:56
30 aprel 2021

Çin COVID-19 pandemiyasına qarşı mübarizədə Hindistana yardım təklif edib.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Çinin dövlət mediası məlumat yayıb. 

“Çin COVID-19-a qarşı mübarizədə Hindistanla əməkdaşlığı genişləndirməyə, Hindistana dəstək və yardım verməyə istəklidir”, - deyə Çin Xalq Respublikasının Sədri Si Cinpin deyib.

O, koronavirusdan çoxsaylı insan tələfatına görə Hindistanın Baş naziri Narendra Modiyə başsağlığı verib.

Qeyd edək ki, Hindistan COVID-19-a yoluxanların sayı 19 milyona çatıb. İndiyə qədər infeksiyaya yoluxaraq ölənlərin sayı 200 mini ötüb. Bir sıra ölkələr Hindistana tibbi dəstək göndərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR