Çində zavodda partlayış olub, ölənlər var

#
# 12:00
17 aprel 2021
Çində kimyəvi zavodda partlayış baş verib, ölənlər var.

APA-nın Çin Mərkəzi Televiziyasına istinadən verdiyi xəbərə görə, Şimali Çinin Şansi əyalətinin Taiyuan şəhərində kimyəvi zavodda baş verən partlayış nəticəsində ən azı iki nəfər ölüb, üç nəfər itkin düşüb.

Bildirilib ki, xilasetmə xidməti hadisə yerindədir.

Partlayışın səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR