Çində zəlzələ qeydə alınıb

Çində zəlzələ qeydə alınıb
# 03 fevral 2020 05:21 (UTC +04:00)

Çinin cənub-qərbindəki Sıçuan əyalətində 5,1 bal gücündə zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə Çin Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələ yerli vaxtla saat 00:05-də (Bakı vaxtı ilə 20:05-də) qeydə alınıb. Zəlzələnin episentri əyalətin paytaxtı Çendu şəhərinin Sinbaytszyan bölgəsində, ocağı isə 21 km dərinlikdə yerləşib.

Əhalisinin sayı 16,33 milyon nəfər olan Çendu şəhərində dağıntılar və tələfat barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR