Filippində 6,8 maqnitudalı zəlzələ olub, 1 nəfər ölüb - YENİLƏNİB

Filippində 6,8 maqnitudalı zəlzələ olub, 1 nəfər ölüb - YENİLƏNİB
# 15 dekabr 2019 14:00 (UTC +04:00)

Bu gün Filippində baş verən 6,8 maqnitudalı zəlzələ nəticəsində 6 yaşlı qız ölüb.

APA-nın xəbərinə görə, bu barədə “Manila Bulletin” qəzeti yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Zəlzələ nəticəsində Matanao şəhərində qismən uçan evdə dağıntılar altında qalan azyaşlı vəfat edib. Matanao şəhər meri Vinsent Fernandes bildirib ki, zəlzələ şəhərə ciddi ziyan vurub, iki körpü zədələnib, yerli administrasiyanın binasının yarısı dağılıb.

Qeyd edək ki, bu gün Filippində 6,8 maqnitudalı zəlzələ olub. Yerli vaxtla saat 06.11 radələrində baş verən zəlzələnin ocağı Maqsaysay yaşayış məntəqəsindən 5 kilometr cənub-şərqdə, 28,2 kilometr dərinlikdə yerləşib.

***

saat 10.34

Bu gün Filippində 6,9 maqnitudalı zəlzələ olub.

APA-nın xəbərinə görə, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yerli vaxtla saat 06.11 radələrində baş verən zəlzələnin ocağı Maqsaysay yaşayış məntəqəsindən 5 kilometr cənub-şərqdə, 28,2 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR