Hindistanda binanın çökməsi nəticəsində 5 nəfər ölüb

Hindistanda binanın çökməsi nəticəsində 5 nəfər ölüb
# 25 yanvar 2020 20:15 (UTC +04:00)

Nyu-Dehlinin şimal-şərqindəki Bhacanpur bölgəsində bir məktəb hazırlığı mərkəzinin çökməsi nəticəsində azı beş nəfər, o cümlədən dörd uşaq ölüb.

APA xəbər verir ki, bu barədə yerli “NDTV” telekanalı məlumat yayıb.

Məlumata görə, ölənlər dörd məktəbli və bir müəllim olub.

Bundan əvvəl Hindistanın “Outlook” jurnalının elektron versiyası tikinti işlərinin aparıldığı binanın çökməsi nəticəsində 13 nəfərin xəstəxanaya yerləşdirildiyini bildirmişdi.

Hazırda hadisə yerində xilasetmə işləri davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR