İdlibdə silahlıların hücumu nəticəsində iki Suriyalı əsgər ölüb

#
# 06:12
23 aprel 2021

“İdlibdə yerləşən cəmləşmə rayonunun cənub hissəsində təxribatçı qrup Suriyanın hökumət qüvvələrinin Ruayha kəndi ərazisindəki mövqelərinə hücum edib. 

APA TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Suriyada Döyüşən tərəflərin barışıq mərkəzinin rəhbəri kontr-admiral Aleksandr Karpov bildirib.

A.Karpov əlavə edib ki, hücumun dəf edilməsi zamanı azı iki terrorçu öldürülüb: “Eyni zamanda Suriya ordusunun 2 əsgər ölüb, 1 nəfər yaralanıb. Hücum edən tərəf Zigata yaşayış məntəqəsi istiqamətində geri çəkilib”.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR