İndoneziyada 5.8 bal gücündə zəlzələ baş verib

İndoneziyada 5.8 bal gücündə zəlzələ baş verib
# 27 mart 2020 07:10 (UTC +04:00)

 

İndoneziyanın şərqində yerləşən Papua əyalətində 5.8 bal gücündə zəlzələ qeydə alınıb. 

APA TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü Avro-Aralıq dənizi Seysmoloji Mərkəzi açıqlama yayıb.

Məlumata görə, zəlzələnin episentri təxminən 135 min əhalisi olan Cayapur şəhərindən 174 km qərbdə yerləşib, ocağı isə 10 km dərinlikdə olub.

Xəsarət alanlar, ziyanlar, eləcə də sunami təhlükəsi barədə məlumat verilməyib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR