İndoneziyada qayıq batıb, 10 nəfər itkin düşüb

İndoneziyada qayıq batıb, 10 nəfər itkin düşüb
# 20 iyun 2020 12:41 (UTC +04:00)

İndoneziyada motorlu qayığın batması nəticəsində 10 nəfər itkin düşüb.

APA-nın "France Press"ə istinadən verdiyi xəbərə görə, içində 16 nəfərin olduğu motorlu qayıq Anak Krakatau vulkanı yaxınlığında Sunda boğazında güclü dalğaların təsiri ilə çevrilib.

İndoneziyanın axtarış və xilasetmə agentliyinin sözçüsü Məhəmməd Yusif Lətif bildirib ki, 6 nəfər xilas edilib, lakin digər 10 nəfər itkin düşüb.

İtkin düşmüş şəxslərin axtarışları davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR