İran Natanzdakı nüvə təsisatında təxribat törətməkdə şübhəli bilinən şəxsin adını açıqlayıb

İran Natanzdakı nüvə təsisatında təxribat törətməkdə şübhəli bilinən şəxsin adını açıqlayıb
# 17 aprel 2021 15:02 (UTC +04:00)
İran Natanzdakı nüvə təsisatında təxribat törətməkdə şübhəli bilinən şəxsin adını açıqlayıb.
APA-nın xəbərinə görə, bu barədə İran televiziyası məlumat yayıb.
Bildirilib ki, nüvə təsisatında təxribat törətməkdə şübhəli bilən şəxs 43 yaşlı Rıza Kərimidir. O bu təsisatda çalışıb. Təhlükəsizlik qüvvələri tərəfindən onun kimliyi aşkar edilən kimi Rıza Kərimi İranı tərk edib.
"Onun həbsi və ölkəyə qaytarılması üçün bütün lazımı və hüquqi addımlar atılır", - deyə İran televiziyası bildirib.
Xatırladaq ki, ötən həftə İranda Natanz Atom Elektrik Stansiyasında (AES) qəza baş verib. İran hökuməti bunu təxribat adlandırıb və İsraili günahlandırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR