İranda COVID-19-a yoluxanların sayı 230 mini ötüb

İranda COVID-19-a yoluxanların sayı 230 mini ötüb
# 01 iyul 2020 14:02 (UTC +04:00)

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 141 nəfər vəfat edib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 10 958 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2 549 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 230 211 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR