İranda koronavirusa yoluxanların sayı 300 mini keçib

#
# 13:43
30 iyul 2020

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 226 nəfər vəfat edib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ölkədə koronavirusdan ölənlərin sayı 16569  nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2621 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 301530 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR