İranda koronavirusdan bir gün ərzində 49 nəfər ölüb

İranda  koronavirusdan bir gün ərzində 49 nəfər ölüb
# 08 mart 2020 15:33 (UTC +04:00)

İranda 24 saat ərzində koronavirusa yoluxmuş 49 nəfər ölüb.

APA-nın IRINN telekanalına istinadən xəbərinə görə, İran Səhiyyə Nazirliyinin nümayəndəsi bildirib ki, bu il fevralın 19-dan indiyə kimi koronavirusdan 194 insan ölüb.

İranda bir sutka ərzində 50-yə qədər insanın ölməsi faktı ilk dəfə qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR