İranda ötən sutkada COVID-19-dan 462 nəfər ölüb

İranda ötən sutkada COVID-19-dan 462 nəfər ölüb
# 27 aprel 2021 13:58 (UTC +04:00)

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 462 nəfər ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da İranda koronavirusdan ölənlərin sayı 70 532 nəfərə yüksəlib.

İranda ötən 24 saat ərzində 20 963 nəfər COVID-19-a yoluxub və yoluxanların ümumi sayı 2 438 193 nəfərə çatıb.

Koronavirus daşıyıcılarından 5287 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR