İranda sərnişin təyyarəsinin qəzaya uğradığı anın VİDEOSU

 İranda sərnişin təyyarəsinin qəzaya uğradığı anın VİDEOSU
# 09 yanvar 2020 13:22 (UTC +04:00)

Tehranda Ukraynaya məxsus sərnişin təyyarəsinin qəzaya uğradığı an müşahidə kameralarına düşüb.

APA-nın xəbərinə görə, görüntünü “Twitter”də Heshmat Alavi adlı istifadəçi paylaşıb.

Xatırladaq ki, göyərtəsində 176 nəfər olan Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi yanvarın 8-də Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğrayıb. Qəza nəticəsində sağ qalan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR