İranda zavodda partlayış olub, xəsarət alanlar var

İranda zavodda partlayış olub, xəsarət alanlar var
# 02 may 2021 13:14 (UTC +04:00)

Bu gün İranın Qum şəhərindəki kimyəvi zavodda böyük yanğın və partlayışlar baş verib.

APA RİA Novosti-yə istinadla bildirir ki, bunu vilayət yanğınsöndürmə idarəsinin sözçüsü Həmid Kureimi deyib:

"Yerli vaxtla 06.02-də Moldan kimya zavodundakı sənaye bölgəsində güclü bir yanğın baş verib" .

Yanğın bir neçə partlayışla müşayiət olunub və sürətlə yayılıb, 150 yanğınsöndürən və 20 maşın hadisə yerlərinə cəlb olunub. Zavodun bir hissəsi başqa yerə köçürülüb.

TASS agentliyinin məlumatına görə, hadisə yerinə gələn yanğınsöndürən maşınlar da zədələnib və iki yanğınsöndürən xəsarət alıb. 

Hadisə ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR