İranda zəlzələ olub, 22 nəfər xəsarət alıb - YENİLƏNİB

İranda zəlzələ olub, 22 nəfər xəsarət alıb - YENİLƏNİB
# 07 sentyabr 2020 09:48 (UTC +04:00)

İranın Gülüstan əyalətinin Ramyan bölgəsində baş verən zəlzələdə xəsarət sayı 22 nəfərə çatıb.

APA-nın Tehran bürosunun məlumatına görə, Gurçay və Veyru kəndlərində evlərə ciddi ziyan dəyib.

Zəlzələ nəticəsində dağ uçqunu olub, bir neçə kəndlə əlaqələr kəsilib.

***

08.20

Bu gün səhər İranın Gülüstan əyalətinin Ramyan bölgəsində 5,1 bal gücündə zəlzələ baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutunun Seysmologiya Mərkəzi bildirib.

Zəlzələ 9 km dərinlikdə qeyd alınıb. İlkin məlumata görə, Gurçay və Veyru kəndlərində zəlzələ nəticəsində 10 nəfər xəsarət alıb.

Çox sayda evə ziyan dəyib. Hadisə yerinə Qırmızı Aypara Cəmiyyətinin xilasediciləri cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR