KİV: Bağdad hava limanı raket atəşinə tutulub

KİV: Bağdad hava limanı raket atəşinə tutulub
# 03 may 2021 06:10 (UTC +04:00)

Bağdad Beynəlxalq Hava Limanı raket atəşinə tutulub.

APA “Əl Arabiya” telekanalına istinadən xəbər verir ki, bu barədə İraq təhlükəsizlik xidmətindəki mənbələrdən bildirilib.

Qeyd edilib ki, hava zərbələri limanın ABŞ hərbçilərinin yerləşdiyi hissəsinə endirilib.

Bağdadın Hava Hücumundan Müdafiə qüvvələri azı beş raketi zərərsizləşdirə bilib.

İtki və dağıntılar barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR