Mustafa Şəntop: “ABŞ ən kirli keçmişi olan ölkədir”

Mustafa Şəntop: “ABŞ ən kirli keçmişi olan ölkədir”
# 24 aprel 2021 23:00 (UTC +04:00)

“Baydenin 1915-ci il hadisələrilə bağlı bəyanatının heç bir hüquqi və tarixi əsası yoxdur, amma bu, Türkiyə-ABŞ münasibətlərini zəhərləyəcək xarakterdədir”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop özünün “twıtter” səhifəsində bunu yazıb.

TBMM sədri bildirib ki, siyasi hesablamaların məhsulu olan bu bəyanat da 1981-ci ildə Ronald Reyqanın səsləndirdiyi oxşar ifadə kimi Türkiyəyə heç bir zərər toxundurmayacaq.

“ABŞ ən kirli keçmişi olan ölkədir”, deyə M.Şəntop qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR