Pakistanda zavodda yanğın olub, 8 nəfər ölüb

Pakistanda zavodda yanğın olub, 8 nəfər ölüb
# 28 yanvar 2020 10:52 (UTC +04:00)

Pakistanın Pəncab əyalətinin Lahor şəhərində zavodda baş verən güclü yanğın insan itkisi ilə nəticələnib.

APA-nın “Geo tv” telekanalına istinadən verdiyi məlumata görə, yanğın ətriyyat istehsal edən zavodda baş verib və qaz balonlarının partlayışı ilə müşayiət olunub.

Hadisə nəticəsində 8 nəfər ölüb. Ölənlər arasında qadınlar və uşaqlar da var, daha iki nəfər xəsarət alıb.

Yanğın artıq söndürülüb. Səbəblər araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR