Qahirədə Misir və Türkiyə nümayəndə heyətləri arasında görüş keçirilir

#
# 18:34
5 may 2021

Qahirədə Misir və Türkiyə nümayəndə heyətləri arasında görüş keçirilir.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə “Anadolu” agentliyi Misir Xarici İşlər Nazirliyinə (XİN) istinadən məlumat yayıb.

Türkiyə ilə Misir arasında siyasi məsləhətləşmələrin keçirilməsi üçün Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal və Misirin xarici işlər nazirinin müavini Həmdi Sanad Lozanın rəhbərliyi ilə nümayəndə heyətləri 5-6 may tarixlərində Qahirədə görüşlər keçirəcək.

Siyasi məsləhətləşmələr və araşdırma xarakterli danışıqlarda Türkiyə ilə Misir arasında münasibətlərin ikitərəfli və regional baxımdan normallaşdırılması istiqamətində atılacaq addımlar müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR