Tayvanda helikopterin qəza enişi zamanı Baş Qərargah rəisi həlak olub

Tayvanda helikopterin qəza enişi zamanı Baş Qərargah rəisi həlak olub
# 02 yanvar 2020 10:54 (UTC +04:00)

Tayvanda helikopterin qəza enişi zamanı Tayvanın Baş Qərargah rəisi həlak olub.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Tayvanın şimalında Baş Qərargah rəisi Şen İminin olduğu “UH-60 Black Hawk” hərbi helikopteri təcili eniş edib. Qəza enişi zamanı Ş. İmin və daha 7 nəfər həlak olub.

Helikopterin Yilan rayonu ərazisindən havaya qalxıb və müəyyən olunmamış səbəblərə görə dağlıq əraziyə enməsi bildirilir. Göyərtədə 13 nəfər olub. 5 nəfər sağ tapılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR