Türkiyədə bu gün COVID-19-dan 346 nəfər ölüb

#
# 22:55
20 aprel 2021

Türkiyədə son sutkada 55 802  nəfərin koronavirus (COVID-19) testi pozitiv nəticə verib. 

 APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi açıqlama yayıb.

Gündəlik statistikaya əsasən, son 24 saatda 61 028 nəfər COVID-19-dan dünyasını dəyişib. 

Hazırda ölkə üzrə  bu infeksiyadan ölənlərin ümumi sayı 36 613 nəfərdir, 3 375    koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.

Türkiyədə indiyədək 4 384 624 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 3 792 129-u müalicə olunaraq sağalıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR