Türkiyədə ev uçub, 3 nəfər ölüb

Türkiyədə ev uçub, 3 nəfər ölüb
# 10 dekabr 2019 13:47 (UTC +04:00)

Türkiyənin Konya şəhərində ikimərtəbəli ev uçub.

APA-nın yerli bürosunun CNN TÜRK-ə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 57 yaşlı qadın iki nəvəsi ilə birlikdə uçqun altında qalaraq ölüblər.

Hələlik hadisənin başvermə səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR