Əfqanıstanda bir gündə iki avtobus minaya düşüb - YENİLƏNİB

Əfqanıstanda bir gündə iki avtobus minaya düşüb - YENİLƏNİB
# 10 may 2021 09:57 (UTC +04:00)

Əfqanıstanda bir gündə iki dəfə avtobus minaya düşüb.

APA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, sərnişin avtobusunun Parvan vilayətində minaya düşməsi nəticəsində 2 dinc sakin həlak olub, 9 nəfər yaralanıb.

Qeyd edək ki, bu gün baş verən digər mina partlaması zamanı 16 nəfər ölüb, 41 nəfər yaralanıb.

***

04:11

Əfqanıstanda avtobus yol kənarında basdırılmış minaya düşməsi nəticəsində azı 16 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə RİA Novosti-yə yerli mənbələrdən bildirilib.

Həmçinin, bir neçə nəfərin yaralandığı bildirilir.

Mənbədən verilən məlumata görə, partlayış ölkənin cənubunda Zabul əyalətinin Şəhri-Səfa bölgəsində baş verib.

Digər bir mənbə avtobusda 25 nəfərin olduğunu iddia edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR