Əfqanıstanda hərbi məntəqəyə hücum olub, 30 əsgər itkin düşüb

Əfqanıstanda hərbi məntəqəyə hücum olub, 30 əsgər itkin düşüb
# 01 may 2021 12:49 (UTC +04:00)

Əfqanıstanın Qəzni vilayətində "Taliban"ın hərbi məntəqəyə hücumu nəticəsində əsgərlər itkin düşüb.

APA-nın "TOLO Nevs"a istinadən verdiyi xəbərə görə, bu barədə vilayət məclisinin üzvü Xaliqdad Əkbəri deyib.

Onun sözlərinə görə, aprelin 30-u gecə saatlarında "Taliban" yaraqlıları hərbi məntəqəyə hücum edib, saatlarla davam edən atışmadan sonra hərbi məntəqə yaraqlıların nəzarətinə keçib.

Qəznidəki mənbə bildirib ki, atışmadan sonra ən azı 30 əsgər itkin düşüb.

"Taliban" hücumla bağlı açıqlama verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR