İrandan qanunsuz yollarla Türkiyəyə keçmək istəyən 5 nəfər tutulub

Ələ keçirilən 30 860 paket siqaret

© APA | Ələ keçirilən 30 860 paket siqaret

# 12 may 2021 14:40 (UTC +04:00)

İrandan qanunsuz yollarla Türkiyəyə keçmək istəyən 5 nəfər Türkiyə sərhədçiləri tərəfindən tutulub.

APA-nın məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, İrandan Türkiyəyə keçməyə çalışan və yanlarında 10 ədəd at olan 5 nəfərə Çaldıran-Van sərhəd birlikləri müdaxilə edib.

Bölgədə aparılan axtarış tədbirləri nəticəsində 30 860 paket siqaret və 21 kiloqram heroin ələ keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR