Yaponiyanın baş naziri istefa verib

Yaponiyanın baş naziri istefa verib
# 01 sentyabr 2008 15:41 (UTC +04:00)
Tokio-APA. Yaponiyanın baş naziri Yasuo Fukuda tutduğu vəzifədən istefa verəcəyini açıqlayıb. APA-nın məlumatına görə, istefaya səbəb Fukuda hökumətinin reytinqinin minimuma enməsidir. Ötən ilin sentyabrından bu yana hökumətin reytinqi bir dəfə olsun belə qalxmayıb. Ötən ay Yasuo Fukuda hökumətin tərkibində köklü dəyişikliklər aparsa da, bu, reytinqin qalxmasına səbəb olmayıb. Son sosioloji sorğulara görə, hazırda seçicilərin yalnız 29 faizi Fukuda hökumətinin fəaliyyətini dəstəkləyir. Yaponiya hökumətinə başçılıq etməyə ən real namizəd Liberal-Demokrat Partiyasının baş katibi, sabiq xarici işlər naziri Taro Aso hesab olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR