Türkiyədə baş verən avtoqəzada xeyli iranlı erməni ölüb və yaralanıb

Türkiyədə baş verən avtoqəzada xeyli iranlı erməni ölüb və yaralanıb
# 09 sentyabr 2008 07:54 (UTC +04:00)
Ağrı – APA. Türkiyənin Ağrı bölgəsinin Doğubəyazit rayonu ərazisində avtomobil qəzası baş verib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, iranlı turistləri daşıyan avtobus Göyçəbulaq kəndi yaxınlığında yoldan çıxaraq aşıb. Nəticədə 17 nəfər ölüb, 24 nəfər yaralanıb. Onların əksəriyyəti İran vətəndaşı olan ermənilərdir. Yaralılar Ağrı və Van xəstəxanalarına çatdırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR