ABŞ Şirin Ebadinin təşkilatının bağlanmasını pisləyib

ABŞ Şirin Ebadinin təşkilatının bağlanmasını pisləyib
# 24 dekabr 2008 08:13 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. ABŞ İranda Nobel mükafatı laureatı Şirin Ebadinin başçılıq etdiyi İnsan Haqlarını Müdafiə Mərkəzinin bağlanmasını pisləyib. APA-nın ABŞ Dövlət Departamentinin saytına istinadən verdiyi məlumata görə, rəsmi Vaşinqton İran hakimiyyətini bu cür təşkilatları sıxışdırmamağa çağırıb.
Xatırladaq ki, İran İnsan Haqlarını Müdafiə Mərkəzi dekabrın 21-də qapadılıb. Hətta Ş. Ebadi müvəqqəti olaraq saxlanılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR