Yaşayış binasının uçması nəticəsində 12 nəfər ölüb

Yaşayış binasının uçması nəticəsində 12 nəfər ölüb
# 25 dekabr 2008 10:36 (UTC +04:00)
İslamabad – APA. Pakistanın Sukkur şəhərində altımərtəbəli yaşayış binası uçub. APA-nın Pakistan mətbuatına istinadən verdiyi məlumata görə, dağıntılar altından aralarında qadın və uşaqların da olduğu 12 nəfərin meyiti çıxarılıb. Müxtəlif xəsarətlər almış 6 yaralı xəstəxanaya çatdırılıb. Yerli polis isə 7 nəfərin öldüyünü və 17 nəfərin yaralandığını açıqlayıb. Dağıntılar altında nə qədər adamın qaldığı bəlli deyil.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR