İranda İsrailə qarşı mübarizə məqsədilə könüllü səfərbərlik elan olunub

İranda İsrailə qarşı mübarizə məqsədilə könüllü səfərbərlik elan olunub
# 29 dekabr 2008 16:59 (UTC +04:00)
Tehran-APA. İranda Qəzza zolağında hərbi təcavüzdən əziyyət çəkən Fələstin xalqına yardım göstərmək üçün könüllülərin səfərbərliyi elan olunub. APA-nın məlumatına görə, Din Xadimləri İttifaqının rəsmi saytı vasitəsilə keçirilən səfərbərlikdə Fələstin xalqına maddi, mənəvi yardım göstərmək, informasiya müharibəsində və müqavimət hərəkatından iştirak etmək istəyənlərin qeydiyyatdan keçməsi xahiş olunur. Səfərbərlik elan olunması ayətulla Əli Xamneyinin bütün islam dünyasını İsrail təcavüzünə qarşı mübarizəyə çağırmasına cavab addımı kimi atılıb. İran prezidenti Mahmud Əhmədinejad isə İsrail rəhbərliyini Qəzza zolağında törətdiyi hərbi cinayətlərə görə Beynəlxalq Cinayət Məhkəməsinə verməyi tələb edib. Məhkəməyə rəsmi iddia ərizəsi yaxın zamanlarda təqdim olunacaq. İran Qəzza zolağına humanitar yardımların göndərilməsinə də başlayıb. Yardımların Qəzza zolağına dəniz yolu vasitəsilə çatdırılması nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR