İsrail Qəzzada gedən döyüşlərdə əsgərinin həlak olduğunu təsdiqləyib

İsrail Qəzzada gedən döyüşlərdə əsgərinin həlak olduğunu təsdiqləyib
# 04 yanvar 2009 16:57 (UTC +04:00)
İsrail əsgərinin HAMAS-la döyüşdə həlak olması barədə ilk məlumatı isə Qətərin “Al Jazeera” televiziyası yayıb.

Qeyd edək ki, dünəndən başlayan quru əməliyyatları zamanı İsrail 30 əsgərinin yaralandığı, onlardan ikisinin vəziyyətinin ağır olduğu barədə xəbər yaymış, hərbçiləri arasında ölənlərin olmadığını bildirmişdi. Bu gün ölüm xəbəri təsdiqlənən əsgərin həmin 30 yaralı hərbçidən olub-olmadığı barədə xəbər verilmir.

Onu da əlavə edək ki, yanvarın 3-dən başlayan yerüstü əməliyyatlar zamanı İsrail 30 HAMAS döyüşçüsünü, HAMAS isə 10 İsrail əsgərini məhv etdiyi barədə xəbər yayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR