İsrail ordusu Qəzza zolağında ana və dörd azyaşlı uşağı qətlə yetirib - XRONİKA

İsrail ordusu Qəzza zolağında ana və dörd azyaşlı uşağı qətlə yetirib - <font color=red>XRONİKA</font>
# 05 yanvar 2009 10:25 (UTC +04:00)
Öldürülən uşaqlardan birinin 1, digərinin 2 yaşı olduğu bildirilir. Uşaqların bombardmandan parça-parça olmuş cəsədləri xəstəxanaya gətirilib, daha sonra dəfn olunub. Şəhərin digər hissəsində İsrail ordusuna məxsus tankın mülki şəxslər yaşayan binaya atəş açması nəticəsində 3 uşaq dünyasını dəyişib, çoxlu sayda mülki şəxs yaralanıb. Bununla da quru əməliyyatı başladıqdan sonra öldürülən mülki şəxslərin sayı 35-ə çatıb. Ümumilikdə əməliyyat başladıqdan sonra öldürülən fələstinlilərin sayı 500-ü keçib, 2,300 nəfərə yaxın insan isə yaralanıb. Bu gün səhər saatlarında Qəzza zolağında başlayan əməliyyat zamanı isə 7 nəfərdən ibarət fələstinli ailə qətlə yetirilib. Fələstin mənbələri əməliyyatın Beach qaçqın düşərgəsində keçirildiyini bildirir. Əməliyyat zamanı şəhərin rabitə və elektrik sistemi tamamilə sıradan çıxıb, Qəzza zolağında telefonların 90 faizi işləmir.

İsrail ordu komandanlığı isə əməliyyatdan əvvəl 18 ay ərzində Qəzza zolağına basqınla bağlı təlim keçirildiyini bildirib. Nefev səhrasında Qəzza zolağına bənzər dekorativ şəhər qurulduğunu bəyan edən ordu rəhbərliyi əsgərlərin il yarım burada təlim aldıqlarını bildirib.

Fransa prezidenti Nikola Sarkozi isə baş verən hadisələrdə “HAMAS”ın günhanın böyük olduğunu bildirib. O, İsrailin quru əməliyyatına başladığını xatırladaraq bölgədə təcili olaraq atəşkəs rejiminin bərqərar olmasının zəruriliyini vurğulayıb: “Biz bu əməliyyatı kəskin şəkildə pisləyirik, bu sülhə nail olmaq şansını daha da azaldır. İsrail rəhbərliyinə şəhər humanitar yardım çatdırılmasına şərait yaradılmasının zəruriliyini bir daha xatırladacağam. ” İsrailin baş naziri Ehud Olmert isə ölkəsinin Qəzza zolağını yenidən öz nəzarətinə götürmək niyyətində olmadığını deyib.

Avropa İttifaqına sədrlik postunu yanvarın 1-də Fransadan təhvil alan Çexiyanın xarici işlər naziri Karel Şvartsenberq isə İsrailin Qəzza zolağında əməliyyatına dəstək verdiyi barədə iddiaları təkzib edib. Çexiya hökumətinin yaydığı rəsmi açıqlamada Karel Şvartsenberqin əməliyyatla bağlı “İsraili hərəkəti hücum deyil, müdafiə xarakterlidir” sözlərinə görə dünya ictimaiyyətindən üzr istədiyi bildirilir. Açıqlamada həmçinin XİN başçısının bu sözlərinin İsrailə dəstək kimi qəbul olunmaması rica edilir, həmçinin Karel Şvartsenberqin ifadələrinin media tərəfindən təhrif olunduğu vurğulanır.

İsrailin Qəzza zolağına hərbi təcavüzü bütün ölkələrdə etiraz aksiyalarına səbəb olub. Bu gün Yunanıstan, Fransa, İsveçrə və Mavritaniyada bu cür etiraz aksiyaları keçirilib. Afinada keçirilən aksiyada İsrail bayraqları yandırılıb, ABŞ prezidentləri Corc Buş və Barak Obamanın müqəvvalarına ayaqqabılar atılıb. Afinadan başqa Səlanikdə də etiraz aksiyaları keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR