ABŞ və NATO qüvvələri Əfqanıstandakı Baqram aviabazasını tərk edib

ABŞ və NATO qüvvələri Əfqanıstandakı Baqram aviabazasını tərk edib
# 02 iyul 2021 10:23 (UTC +04:00)

ABŞ və NATO qüvvələri Əfqanıstanın Pərvan əyalətinin Baqram şəhərində yerləşən aviabazanı tərk edib.

APA-nın xəbərinə görə, bu barədə Pentaqon nümayəndəsi açıqlama verib.

“Bütün koalisiya qüvvələri Baqram aviabazasından çıxıb”, - deyə Pentaqon rəsmisi AFP-yə bildirib.

Bununla belə, o, aviabazanın Əfqanıstan Silahlı Qüvvələrinə nə vaxt təhvil veriləcəyini deməyib.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden bu il aprelin 14-də Əfqanıstanda əməliyyatları başa çatdırmaq barədə qərar verdiyini açıqlayıb. Qoşunların Əfqanıstandan çıxarılmasına bu ilin mayından start verilib.

Xatırladaq ki, ABŞ Əfqanıstanda hərbi əməliyyatlara 2001-ci ilin oktyabr ayından başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR