Cənubi Koreyanın sabiq Prezidenti Çon Du Hvan vəfat edib

Çon Du Hvan

© APA | Çon Du Hvan

# 23 noyabr 2021 14:45 (UTC +04:00)

Cənubi Koreya Respublikasının keçmiş Prezidenti Çon Du Hvan (Chun Doo-hwan) Seulda 90 yaşında dünyasını dəyişib.

APA-nın "Yonhap" agentliyinə istinadən verdiyi məlumata görə, o, 1979-cu ildə dövlət çevrilişi nəticəsində hakimiyyətə gəlib və 1988-ci ilə qədər ölkə başçısı vəzifəsində çalışıb.

Sabiq Prezidentin xroniki xəstəliklə mübarizə apardıqdan sonra Seulun qərbindəki evində dünyasını dəyişdiyi bildirilir.

Xatırladaq ki, bu ilin oktyabr ayının sonunda Çun Du Hvanın varisi və davamçısı Ro De U (Roh Tae-woo) 88 yaşında vəfat edib. O, 1988-ci ilin fevralından 1993-cü ilin fevral ayınadək dövlət başçısı vəzifəsində çalışıb. Ro De U həmçinin, korrupsiya və dövlətə xəyanətdə təqsirli bilinib və amnistiya olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR