Çin Litva ilə diplomatik münasibətlərin səviyyəsini endirib

Çin Litva ilə diplomatik münasibətlərin səviyyəsini endirib
# 21 noyabr 2021 09:14 (UTC +04:00)

Çin Tayvanın Vilnüsdə nümayəndəliyinin açılması ilə əlaqədar Litva ilə diplomatik münasibətləri müvəqqəti işlər vəkili səviyyəsinə endirməklə bağlı qərar qəbul edib.
APA-nın xəbərinə görə, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Çin XİN-in bəyanatında qeyd olunub ki, rəsmi Pekinin qəti etirazına baxmayaraq, Vilnüs Tayvan administrasiyasına müvafiq razılığı verib. Pekin Litvanın bu addımını Çinin suverenliyi və ərazi bütövlüyünə pozmağa, ölkənin daxili işlərinə qarışmağa yönəlmiş addım kimi qiymətləndirib: “Dünyada bir Çin var”.
Qeyd edək ki, noyabrın 18-də Vilnüsdə Tayvanın nümayəndəliyi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR