Çində maşın yarğandan aşıb, 12 nəfər ölüb

Çində maşın yarğandan aşıb, 12 nəfər ölüb
# 06 sentyabr 2021 10:16 (UTC +04:00)

Çinin şərqindəki Anhoy əyalətində yük maşınının yarğandan aşması nəticəsində 12 nəfər ölüb.

APA-nın “China Daily” qəzetinə istinadən verdiyi məlumata görə, bazar günü baş vermiş qəza zamanı maşında sürücüdən başqa 13 nəfər olub.

Polisin dəqiqləşdirməsinə görə, 11 nəfər yerində ölüb, bir nəfər isə xəstəxanada dünyasını dəyişib.

Həkim nəzarətində olan iki nəfərin vəziyyətinin stabil olduğu bildirilir.

Qəzanın səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR