Dubay rəhbərliyi  limanda baş verən güclü partlayışla bağlı açıqlama yayıb - FOTO - VİDEO - YENİLƏNİB

Dubay rəhbərliyi  limanda baş verən güclü partlayışla bağlı açıqlama yayıb - FOTO  - VİDEO  - YENİLƏNİB
# 08 iyul 2021 02:11 (UTC +04:00)

Dubay limanında baş verən partlayış yanıcı maddələr və materiallar daşıyan yük tankerində olub.

APA “Al Arabiya” telekanalına istinadən xəbər verir ki, Dubay hökumətinin rəsmi nümayəndəsi Mona əl-Marri bildirib.

Onun sözlərinə görə, gəmidəki heyəti vaxtında təxliyə olunub.

Hazırda partlayışdan sonra gəmidə baş verən yanğının söndürülməsi tədbirləri görülür.

***

00:28

Dubayda Jebel-Ali limanında neft çənlərinin yerləşdiyi ərazidə güclü partlayış baş verib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, hadisə limanda olan gəmidə qeydə alınıb.

Hadisə nəticəsində itkilərlə bağlı məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR