Əfqanıstanla sərhəddə Pakistan ordusunun zabiti öldürülüb

Əfqanıstanla sərhəddə Pakistan ordusunun zabiti öldürülüb
# 23 avqust 2021 10:00 (UTC +04:00)

Əfqanıstanla sərhəddə yerləşən Şimali Vəzəiristan rayonunda Pakistan ordusunun bir zabiti öldürülüb, 2 əsgər yaralanıb.

APA-nın xəbərinə görə, bu barədə “The Express Tribune” qəzeti məlumat yayıb.

Onların mindiyi avtomobil terrorçular tərəfindən hazırlanan minaya düşüb.

Elə həmin gün Şimali Vəziristanın Boya bölgəsində kəşfiyyat əməliyyatı zamanı Pakistan xüsusi təyinatlıları bölgədə fəaliyyət göstərən separatçı qruplardan birinin yaraqlısını məhv edib.

Separatçılar Şimali və Cənubi Vəziristanda qondarma Vəziristan İslam Dövləti (VİD) yaradılmasını tələb edirlər. 2009-cu ilin dekabrında Pakistan hökuməti əvvəllər VİD yaradıldığını elan edən separatçılar üzərində qələbə elan edib. Hazırda bölgədə qanunsuz silahlı birləşmələrin sayı təxminən 35 min nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR