Filippin Prezidenti Duterte siyasətdən gedəcəyini açıqlayıb

Rodriqo Duterte

© APA | Rodriqo Duterte

# 02 oktyabr 2021 12:26 (UTC +04:00)

Filippin Prezidenti Rodriqo Duterte siyasətdən gedəcəyini açıqlayıb.
APA-nın DW-yə istinadən verdiyi xəbərə görə, Prezident Duterte özü bu barədə bildirib.
O deyib ki, növbəti il-2022-ci ilin iyununda ölkədə keçiriləcək prezident və vitse-prezident seçkilərində iştirak etməyəcək: "Filippinlilərin əksəriyyətinin düşüncəsi odur ki, mən bu sahədə ixtisaslı deyiləm. Qanunun, Konstitusiyanın ruhuna zidd getmək onu pozmaqdır. Bu gün mən siyasətdən gedəcəyimi elan edirəm".
Qeyd edək ki, Rodriqo Duterte bu ilin avqustunda bildirmişdi ki, o, vitse-prezident seçkilərinə qatılmaq niyyətindədir.
Xatırladaq ki, Rodriqo Duterte 2016-cı ildə hakimiyyətə gəlib. O, keçən illər ərzində qalmaqallı açıqlamaları ilə yadda qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR