Hindistanda xəstəxanada baş verən güclü yanğında 3 uşaq ölüb

Hindistanda xəstəxanada baş verən güclü yanğında 3 uşaq ölüb
# 09 noyabr 2021 04:17 (UTC +04:00)

Hindistanın Madhya-Pradeş ştatının inzibati mərkəzi Bhopal şəhərində xəstəxanada güclü yanğın baş verib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, yanğın xəstəxananın uşaq şöbəsində qeydə alınıb.

Yerli vaxtla saat 20:40-da başlayan yanğın nəticəsində 3 uşaq yanaraq ölüb.

İlkin məlumatlara görə, yanğına səbəb xəstəxananın 3-cü mərtəbəsində qısaqapanma olub.

Yanğın zamanı xəstəxanada 50-yə yaxın uşaq və tibbi heyət olub.

Yanğının söndürülməsinə, təxminən 4 saat vaxt sərf olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR