İran nüvə obyektlərində AEBA-nın yoxlamalarının müddətinin uzadılmasına razılıq verib

İran nüvə obyektlərində AEBA-nın yoxlamalarının müddətinin uzadılmasına razılıq verib
# 24 may 2021 14:34 (UTC +04:00)

İran nüvə obyektlərində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) yoxlamalarının müddətinin uzadılmasına razılıq verib.

APA-nın xəbərinə görə, bu barədə İranın Vyanadakı beynəlxalq təşkilatlarda daimi nümayəndəsi Kazem Qərib Abadi "Twitter"də bildirib.

Onun sözlərinə görə, İran yoxlamaların aparılması ilə bağlı müddətin daha bir ay - iyunun 24-dək uzadılmasına razılıq verib və bu barədə AEBA-nın baş direktoru Rafael Mariano Qrossiyə məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR