İran Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv qəbul edilib

İran Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv qəbul edilib
# 17 sentyabr 2021 14:10 (UTC +04:00)

İran Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzv qəbul edilib.

APA-nın “Tehran Times”a istinadən verdiyi xəbərə görə, qərar bu gün Düşənbədə ŞƏT-ə üzv ölkələrin liderlərinin 21-ci Sammitində elan olunub.

Qeyd edək ki, İran indiyə qədər təşkilatda müşahidəçi statusa malik idi.

Xatırladaq ki, 2001-ci ildə əsası qoyulan ŞƏT üzvlərinin sayı 9-a (Rusiya, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan, Özbəkistan və İran) çatıb. Əfqanıstan, Belarus və Monqolustan təşkilatda müşahidəçi dövlətlərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR